İdman
Təyyarədə “bomba” zarafatı edən məşhur futbolçunu qandalladılar
Məşhur argentinalı futbolçu Xesus David Emiliano Endritsa təyyarədə bomba olması ilə bağlı zarafat etdiyi üçün uçuşuna icazə verilməyib.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Hadisə San Salvador de Jujuydan Buenos Ayresə uçan “Flybondi” təyyarəsində baş verib.
Təyyarədə “Aqropekuario” ilə qarşılaşmaya gedən “Ximnasia Esqrima de Jujuy” komandasının futbolçuları da olub.
Havaya qalxmazdan əvvəl 32 yaşlı Xesus “Bomba!” deyə qışqıraraq təyyarədə çaxnaşmaya səbəb olub. Zarafata baxmayaraq, hava limanının işçiləri bütün sərnişinləri təyyarədən təxliyə etməyə və qaydalara uyğun olaraq hərtərəfli axtarış aparmağa məcbur olublar.
Bundan sonra peşəkar oyunçu qandallanaraq təyyarədən endirilib. Təyyarənin vaxtında havaya qalxmaması digər uçuşların gecikməsinə və ləğvinə səbəb olub və 1200-dən çox sərnişinə təsir edib.
” Ximnasia Esqrima de Jujuy” komandası hadisə ilə bağlı istintaqla fəal əməkdaşlıq etdiyini bildirib. Klub prezidenti Valter Morales bildirib ki, Emiliano Endritsa ilə müqavilə ləğv edilə bilər. “Biz bunu araşdırırıq, amma hazırda heç nəyi təsdiqləyə bilmərəm”, – Morales əlavə edib.
-
Sosial10:48Hərbi qulluqçuların minaya düşməsi ilə bağlı araşdırma aparılır
-
Hadisə10:18Lökbatanda anbardakı yanğın nəzarətə götürüldü - Yeniləndi
-
Magazin109:40Yaşar Yusubun həkim xanımı gündəm oldu - Birgə FOTOLARI yayıldı
-
Hadisə09:23Kəmaləddin Heydərov hadisə yerindədir - Foto/Video
-
Sosial07:55Dəniz mənzərəli evlərdəki problem - Nəyə diqqət etməli?
-
Dünya06:46Başqa alternativ yoxdur! - Qalibafdan sərt sözlər
-
Dünya05:15460 milyon qrivnanın yuyulmasında iştirak edib... - Yermakı hansı cəza gözləyir?
-
İdman02:18Ədalətli hakimlik olsaydı, onlar zirvədə olmazdı - Şok ittiham

























.jpg)









