İdman
Medina: Hakimin özünə sarı vərəqə göstərərdim
"İmkanım olsaydı, hakimin özünə sarı vərəqə göstərərdim".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina Avropa Liqasının qrup mərhələsində "Molde" ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Kolumbiyalı müdafiəçi matçın 2-ci hissəsində sarı vərəqə alaraq cəzalı duruma düşüb. O, hakimin bu qərarından narazı olduğunu bildirib: "Hakimin həmin epizodda mənə sarı vərəqə göstərməyinə nə lüzum var idi? Mənə dedi ki, meydanı tez tərk et. Mən də bildirdim ki, ağrım var, necə sürətli çıxım? Bəzən hakimlər də aqressiv olurlar və baş rolda olmağa çalışırlar".
Medina Norveçdən yaxşı nəticə ilə döndüklərini də qeyd edib: "Yaxşı rəqibə qarşı oynadıq. "Molde", xüsusən də, evdə təhlükəli olur. Yenə də məlum şərtlər altında istəyimizə nail olduq. Əsas da budur. Rəqib çox güclü komanda idi. Ümumi şərtlər heç də bizim xeyrimizə deyildi. Məqsədimiz meydanı sərfəli nəticə ilə tərk etmək idi. Hesabda geridə olsaq da, sona qədər xarakter göstərdik".
Zədələnərək məcburi əvəzlənməli olan Medina ağrıları olduğunu bildirib: "Bakıda MRT müayinəsindən sonra vəziyyətimə tam aydınlıq gələcək. Düşünmürəm ki, əvəzlənməyimin hansısa mənfi təsiri oldu. Meydanda qalsaydım, bəlkə də, yenə eyni nəticə qeydə alınacaqdı".
Heybət
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
-
Nəqliyyat27 Aprel 22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ27 Aprel 22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin127 Aprel 20:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat27 Aprel 20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az27 Aprel 18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...










.webp)



















.png)



