İdman
Türkiyədə döyülən rus boksçudan xəbər var
Rusiyalı boksçu Sergey Qoroxov Trabzonda keçirilən turnirdə tamaşaçıların iştirakı ilə baş verən kütləvi davadan sonra açıqlama verib.
Publika.az xəbər verir ki, boksçu bu barədə “İnstaqram”da məlumat verilib.
İdmançı Türkiyədən Rusiyaya qayıtdığını bildirib. Qoroxov əlavə edib ki, döyüşdən bəri yata bilməyib.
Qoroxov və türkiyəli Emirhan Kalkan arasında UBO dünya titul döyüşü aprelin 27-də Trabzonda baş tutub.
Nokautla qalib gələn rusiyalı döyüşdən sonra rəqibinin komandasına döyüşə görə təşəkkür etmək üçün yaxınlaşıb. Lakin türkiyəli idmançının meneceri Qoroxovu itələyib və məşqçisi müdaxilə edib, nəticədə dava düşüb.
Davada çox sayda insan iştirak edib. Qoroxovun məşqçisi də daxil olmaqla, rinqə daxil olanların bəziləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Türkiyə polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Ekologiya15:06"Apple"nin başı dərddə - Şirkət Hindistanda suyu çirkləndirirmiş
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB



































