İdman
Gənc ulduzdan "Real"dakı gələcəyi ilə bağlı müəmmalı açıqlama: Qoy belə də olsun
"Lion"un hücumçusu Endrik Felipe müqavilə ilə məxsus olduğu "Real"dakı gələcəyi ilə bağlı əmin deyil.
Publika.az xəbər verir ki, 19 yaşlı futbolçu yanvar ayında “toxucular”ın sırasına qoşulub və icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.
Əvvəllər braziliyalı açıq şəkildə qeyd edirdi ki, geri qayıdaraq “kral klubu”nun əsas heyətinə düşmək üçün yenidən cəhd edəcək. Lakin indi onun açıqlamaları əvvəlki qədər qəti səslənmir.
"Əgər “Real”a qayıtmaq lazım olsa, məmnuniyyətlə qayıdaram. Əgər başqa yerə getməli olsam, qoy belə də olsun", – deyə braziliyalı futbolçu "Madrid Universal"a bildirib.
Müsahibə zamanı Endrik həmçinin fransız dilini aktiv şəkildə öyrəndiyini deyib. Gənc futbolçu “Lion”un heyətində keçirdiyi 18 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Ekologiya15:06"Apple"nin başı dərddə - Şirkət Hindistanda suyu çirkləndirirmiş
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB



































