Hemiltona Bakıda verilən kubokla bağlı qalmaqal səngimir: Oğurlanıb, yoxsa...
Bizi izləyin

İdman

Hemiltona Bakıda verilən kubokla bağlı qalmaqal səngimir: Oğurlanıb, yoxsa...

Hemiltona Bakıda verilən kubokla bağlı qalmaqal səngimir: Oğurlanıb, yoxsa...

FİA-nın ilin yekunlarıyla bağlı Bakıda keçirdiyi qala gecənin mükafatçılarından biri Lyuis Hemilton olub. O, üçüncü yerə layiq görülüb. Ona xüsusi kubok verilib.

Publika.az xəbər verir ki, tədbirdən sonra mükafat Nihad Nəsirli adlı azərbaycanlı avtoidman azarkeşində peyda olub. Bu xəbər həm Azərbaycan, həm də dünya mediasında böyük səs-küyə səbəb olub. Nəsirli bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb və Hemiltonun mükafatı ona verdiyini söyləyib.

Ancaq bir müddət sonra sosial şəbəkələrdə kubokun oğurlandığı barədə iddialar yayılıb. Hətta “Mercedes” komandası hadisəylə bağlı açıqlama yaymaq məcburiyyətində qalıb.

"Sosial mediada Lyuisə təqdim edilən mükafatla əlaqədar yayımlanan bəzi iddialara aydınlıq gətirmək istəyirik. Daha əvvəlki mükafatlandırma mərasimlərində olduğu kimi səhnədən ayrılarkən Hemilton rəsmi şəxslərin kuboku komandaya göndırmək təklifini qəbul etdi və bu səbəbdən onu masanın üzərinə buraxdı. Kuboku kiməsə hədiyyə etməyib".

Bundan sonra Nihad Nəsirli mükafatının ona necə çatdığı barədə məlumat verib:

"İnsanların məni oğurluqda ittiham edən mesajlar yazmasından məyusam. Əvvəla onu demək istəyirəm ki, mən heç nə oğurlamamışam. Cənab Hemilton mükafatını stolun üstünə qoyub. Sonra ayağa qalxdım və onu götürə biləcəyimi soruşdum. Mənə dedi ki, “Bəli, götürə bilərsən”. Sonra fikirləşdim ki, onu mənə verib. “Mercedes”in açıqlamasını görəndən sonra anlaşılmazlıq olduğunu anladım. Lyuis səhvən mənim buna cavabdeh olan FİA rəsmisi olduğumu düşünüb”.

Qeyd edək ki, bəzi KİV-lərdə problemin aradan qaldırıldığı, Nihad Nəsirlinin kuboku “Mercedes” rəsmilərinə təhvil verdiyi bildirilir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm