Nida Xəbər
Şahin Şıxlinski və oğluna hökm oxundu
Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyinə görə 9 il, oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yekaterinburqun Kirovski Rayon Məhkəməsi qərar çıxarıb.
Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyulun 1-də "Baku Plaza”nın yaxınlığında Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları üzərində heç bir tanınma nişanı olmayan geyim və avtomobillərlə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə, oğlunun idarə etdiyi avtomobilə hücum ediblər. Bu zaman Mutvalı Şıxlinski özünü itirərək idarə etdiyi avtomobillə FSB əməkdaşını vurub. O, özü məhkəmədə baş verənlərdən peşman olduğunu, hadisəni qəsdən törətmədiyini bildirib. Saxlanıldığı gün Şahin və Mutvalı Şıxlinskilər sərbəst buraxılıb. Bir müddət sonra onlar barəsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb. Əvvəlcə, Mutvalı, daha sonra isə sifarişli qətl, sifarişli qətlə cəhd maddələri ilə ittiham olunan Şahin Şıxlinski saxlanılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı




































