İdman
Filip Ozobiç Kvaratsxeliyanın rekordunu qırdı
Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.
Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əssilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Azərbaycan Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.
72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.
Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol ) və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb.
Qeyd edək ki, Premyer Liqada 2016/17 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.
Heybət
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...













.jpg)
























