Dünya
Qocalar evi, yoxsa həbsxana? - Yaponiyalı yaşlılar niyə ikincini seçirlər?
Əhalisinin uzunömürlü olması ilə seçilən Yaponiyada məhbusların 13 faizi yaşlılardır. Statistikaya əsasən, onların əksəriyyəti məhz həbxanaya düşmək üçün xırda cinayətlər törədirlər.
Publika.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məqalə dərc edib.
Qeyd olunub ki, Yaponiyada 65 yaşdan yuxarı məhbusların böyük hissəsi başlarının üstündə dam örtüyü və bir müddət isti yemək əldə etmək üçün xırda cinayətlər törədən şəxslərdir.
Yaponiya hökuməti tərəfindən 2024-cü ildə dərc edilmiş hesabata əsasən, xırda mağazalardan edilən oğurluqların 71 faizi yaşlı qadınlar, 39 faizi isə yaşlı kişilər tərəfindən törədilib.
Hətta bu sayın getdikcə daha çox artması Yaponiyadakı həbsxanaları tədricən sözügedən yaş qrupu üçün müəssisələrə çevirib. Bəzi ekspertlər yaşlı məhbuslara qulluq etməyin yüksək xərcini qeyd edərək, həbsxanaların qocalar evinə çevrilməsinin ciddi problem yaratadığını bildirirlər.
2022-ci ildə Yaponiyadakı həbsxanaların illik büdcəsi məhbus başına birbaşa xərclər, işçilərin maaşları, infrastruktur, özəl səhiyyə və inzibati xərclər daxil olmaqla 1,69 milyard dollar olaraq müəyyən edilib.
Müəllif: Roza
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
























.png)


.jpg)



