Dünya
ABŞ-İran danışıqları uğursuz oldu - Bundan sonra nə baş verəcək, prosesə Türkiyə qoşulur?
“Pakistandakı ABŞ-İran danışıqlarının nəticəsiz qalması dünya müharibəsi təhlükəsinin hələ də davam etdiyini göstərir”.
Bunu Publika.az-a açıqlamasında türkiyəli Yaxın Şərq üzrə strateq Atılqan Bayar bildirdi.
Onun sözlərinə görə, həll yolunda geniş təsir dairəsinə malik olan Türkiyə bu məqamda yenidən səhnəyə çıxacaq:
“Uğursuz danışıqlar sülh üçün səylərin artırılmasını vacib edir. Tərəflərin heç bir şərt qoymadan Türkiyənin geniş imkanlarına müraciət etməsi hamının xeyrinə olacaq. Xüsusilə İran üçün ən doğru ünvan Türkiyədir. Türkiyə İranın hüquqlarını da rasional çərçivədə ən təsirli şəkildə qoruya biləcək ölkədir.
Əgər müharibə dayandırılmasa, sürətlə qlobal xarakter ala bilər. Sülh mühiti qurulmasa, bu müharibə yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. İran, ABŞ və İsrail, eləcə də digər aktorlar qlobal əlaqə və təsir imkanları geniş olan tərəflərdir. Müharibənin coğrafi mərkəzində nəticə əldə edə bilməyənlər, onu yaymağa və yeni mərkəzlər formalaşdırmağa çalışacaqlar”.

Straterq, həmçinin "Hizbullah" hərəkatının Livanda yeni vətəndaş müharibəsinin başlaya biləcəyinə dair xəbərdarlıq etməsinə də toxundu. O qeyd edib ki, Türkiyə Livandakı hadisələrin həlli prosesinə dəstək verəcək:
“Livan Türkiyənin biganə qala biləcəyi bir bölgə deyil. Düzgün anlaşılmalıdır ki, Türkiyənin və müttəfiqlərinin sülhməramlı təbiəti qorxudan qaynaqlanmır. Müharibəyə müqavimət göstərən qüvvələrə daha çox təhrik və ya təzyiq göstərilməməlidir. Livan İsrailin taleyinin dəyişdiyi nöqtə ola bilər.
Baş verən müharibənin təxminən 60 faizi açıq, 40 faizi isə kəşfiyyat və təbliğat müharibəsidir. Hörmüz boğazı və Xəzər dənizinin geostrateji bölüşdürmə planına daxil edildiyi aydındır. Buna görə də qarşıdakı dövrdə müharibədə yalnız hərbi deyil, eyni zamanda kəşfiyyat xarakterinin də gücləndiyini görə bilərik”.
Müəllif: Roza Şəfiyeva
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı
-
Magazin114:06Xalq artisti Hadisənin dediyinə münasibət bildirdi
-
Sosial13:59Tanınmış cərrahın qardaşına yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 12:08Şahin Şıxlinski və oğluna hökm oxundu
-
Sosial11:18Pensiya ilə bağlı mühüm xəbər
-
Dünya10:48Qocalar evi, yoxsa həbsxana? - Yaponiyalı yaşlılar niyə ikincini seçirlər?
-
İqtisadi gündəm10:06Blokada xəbərindən sonra neft kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR




































