İdman
Misir şokda - Salah zədələndi
Ötən gün Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində Misir - Qana görüşü keçirilib.
Publika.az xəbər verir ki, misirlilər bu görüşdə ciddi itki ilə üzləşiblər. İlk hissənin əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə "Liverpul"un hücumçusu Məhəmməd Salah zədələnərək sıradan çıxıb. O, oyunu davam etdirə bilməyib.
"The Athletic"in məlumatına görə, Salahın bud nahiyəsindən zədə aldığı iddia edilir. 31 yaşlı futbolçunun durumuna bu gün tibbi müayinələrdən keçdikdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, sözügedən görüş 2:2 hesabı ilə başa çatıb. B qrupunda yer alan Misir millisi 2 turdan sonra 2 xalla ikincidir. Qrupa 3 xalla Kapo Verde başçılıq edir. Mozambik və Qana komandalarının aktivində isə 1 xal var.
Heybət
-
Ekologiya14:59Meteohəssas insanların nəzərinə!
-
MDB14:08Məşhur Xalq artisti 88 yaşında vəfat etdi
-
Magazin213:03Kasselin keçmiş arvadı hamamdan elə foto paylaşdı ki... - FOTO
-
MDB11:52Gəzməyə gedən 4 uşaq yoxa çıxdı - FOTO
-
Region11:30İrəvanda daha bir hindistanlı müəmmalı şəkildə öldü
-
Digər11:11Barda dəhşətli atışma: 10 nəfər öldü
-
Səhiyyə10:52Həkim bağırsağı sağlam saxlayan məşhur içkilərin adını açıqladı
-
Magazin209:43Məşhur aktyor öldü



























