İdman
“Liverpul”un uşaq futbolundan qazandığı: Milyonlar əldə edirlər
“Liverpul” Akademiyasının direktoru Aleks İnqlethorp klubun gənclər işinə sərf etdiyi xərclərdən danışıb.
Publika.az xəbər verir ki, funksioner yatırımları artıqlaması ilə çıxartdıqlarını bildirib.
“Bəzi akademiyalar ildə 40 milyon funt sterlinq (46 milyon avro) xərcləyir. Biz təxminən 13 milyon funt sterlinq (15 milyon avro) xərcləyirik. Əgər 10 il ərzində 130 milyon funt sterlinq (152 milyon avro) haqqında düşünürsünüzsə, bu investisiyanın gəliri nədir? Biz təxminən 160 milyon funt-sterlinq (187 milyon avro) dəyərində akademiya istedadlarını satdıq.
Biz bunu araşdırdıq və hesab edirik ki, bu binada təxminən 300 milyon funt sterlinq (350 milyon avro) dəyərində istedad var. Əlbəttə, bu rəqəm dəyişə bilər, amma Carellaya baxın. O, bu mövsüm dördüncü mərkəz müdafiəçimizdir. Onun sayəsində klub ötən yay daha bir mərkəz müdafiəçisi ilə müqavilə bağlamalı olmadı. Bunu nə qədər qiymətləndirirsiniz?
Premyer Liqa komandasında bir oyunçunun qiyməti 15-25 milyon funt-sterlinq (17-30 milyon avro) arasındadır və Premyer Liqada orta əmək haqqı həftəlik 60.000 funt-sterlinqdir (70.000 avro). Deməli, skamyada oturan üç akademiya uşağınız varsa, bu, ildə təxminən 70 milyon funt-sterlinqə (81 milyon avro) qənaət deməkdir”, – İnqlethorpun sözlərini “The Telegraph” sitat gətirib.
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır












.jpg)
.jpg)





.jpg)














