19 yaşlı tələbə 19 illik dünya rekordunu qırdı
Bizi izləyin

İdman

19 yaşlı tələbə 19 illik dünya rekordunu qırdı

Kanadalı Kristofer Morales-Uilyams fevralın 24-də Arkanzas ştatında qapalı məkanda keçirilən yarışda 400 metr məsafəyə qaçışda dünya rekorduna imza atıb.

Publika.az xəbər verir ki, 19 yaşlı atlet məsafəni 44,49 saniyəyə qət edərək buna nail olub. O, ikiqat Olimpiya (400 m sərbəst üsul, 4x400 m) və dünya çempionu amerikalı Kerron Klementə məxsus rekordu yeniləyib. 2005-ci ildə qeydə alınan əvvəlki nəticə 44,57 saniyə idi.

Qeyd edək ki, Morales-Williams Amerika Birləşmiş Ştatlarının Corciya Universitetinin ikinci kurs tələbəsidir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm