İdman
"Beşiktaş" azarkeşləri ayağa qalxdı: Qurban Qurbanov gəlsin - FOTOFAKT
Ötən həftə baş məşqçisi Fernando Santosla yollarını ayıran "Beşiktaş" yeni çalışdırıcının axtarışlarına başlayıb.
Publika.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyinin 2 planı var: cari mövsümü tamamlayacaqları məşqçi tapmaq, bu müddətdə yeni mövsüm üçün mütəxəssis axtarmaq və ya birdəfəlik komandanı uğursuzluqdan xilas edəcək şəxslə anlaşmaq.
Türkiyə mətbuatının məlumatına görə, "Beşiktaş"ın baş məşqçi postuna 5 namizəd var. Söhbət Mauritsio Sarri, Antonio Konte, Sərgən Yalçın, Mirça Luçesku və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan gedir. Bununla bağlı sosial şəbəkələrin Türkiyə seqmentində və mətbuatında çoxsaylı məlumatlar paylaşılır.
"Beşitkaş" azarkeşləri də baş məşqçi məsələsinə biganə qalmırlar. Onların əksəri xəbərlərə münasibət bildirərək Qurban Qurbanovun namizədliyini dəstəklədiklərini açıqlayırlar. Hətta digər klubların fanatları da 52 yaşlı mütəxəssisi Superliqada izləməkdə maraqlıdırlar.
Ancaq rəy bildirənlərin bir hissəsi Qurbanovun "Qarabağ"ı tərk edərək "Beşiktaş"a gəlməyəcəyini bildirirlər.
- "Qalatasaray"lı olaraq, məncə, ən yaxşı Qurbanovdur
- Mütləq Qurban Qurbanov
- Qurbanov deməyən tennis izləsin
- Qurbanov ən yaxşıdır, amma gəlməz
- Qurbanov gələrsə, əcaib bir şey olar
Heybət
-
Avropa19:50
Dünyaya gizli güclər tərəfindən göndərilən, ruhunu şeytana satan “PİVƏ QİYAMÇISI” - FOTO
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN