"Yuventus" Ronaldoya olan borcu ödəməmək üçün hər şey edir: İndi də bu yola əl atdılar
Bizi izləyin

İdman

"Yuventus" Ronaldoya olan borcu ödəməmək üçün hər şey edir: İndi də bu yola əl atdılar

"Yuventus" sabiq futbolçusu Kriştiano Ronaldoya olan 9,8 milyon avroluq borcunu ödəmək istəmir.

Publika.az xəbər verir ki, bununla əlaqədar olaraq İtaliya təmsilçisi klubu təzminat ödəməyə məcbur edən arbitraj məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Məhkəmə "Yuventus"u bəyannamələrdə nəzərə alınmayan 19,9 milyon avro məbləğin yarısını Ronaldoya ödəməyi tələb etmişdi. Bu, Ronaldonun koronavirus pandemiyası zamanı "Byankoneri"dən almadığı maaşın bir hissəsidir. “Qoca sinyora” Ronaldoya borcludur, çünki 2020-ci il pandemiyası zamanı onunla və bir neçə oyunçusu ilə maaşlarının bir hissəsini sonra ödəyəcəyinə dair müqavilə bağlayıb. Ancaq sonradan anlaşmaya əməl edilməyib.

Qeyd edək ki, Ronaldo 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib və bu müddət ərzində Turin komandası ilə 5 kubok qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm