Alonso 2025-ci ildə bu kluba gedəcək: "Bayer" hazırlıqlara başladı
Bizi izləyin

İdman

Alonso 2025-ci ildə bu kluba gedəcək: "Bayer" hazırlıqlara başladı

"Bayer" baş məşqçi Xabi Alonsonun 1 ildən sonra "Real"a gedəcəyinə inanır.

Publika.az xəbər verir ki, Almaniya klubu artıq bu istiqamətdə hazırlıq görməyə başlayıb. Bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub Alonsonun 2025-ci ildə Madrid təmsilçisinə rəhbərlik edəcəyinə inanır. "Los Blancos" ispan mütəxəssisi gələcəkdə dəvət etməkdə maraqlıdır. Onlar Alonsonu gəncləşən komandanı inkişaf etdirmək üçün ideal məşqçi kimi görürlər.

Qeyd olunur ki, "Real" Karlo Ançelottinin rəhbərliyi altında növbəti mövsümdə yaxşı nəticələr əldə etməyə davam edərsə, Alonsonun təyinatı italyan məşqçinin müqaviləsi başa çatana qədər - 2026-cı ilə qədər təxirə salınacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm