Türkiyə bu qadından danışır: "Beşiktaş"a kuboku qazandırdı, "Fənər"i çempion edəcək? - VİDEO
Bizi izləyin

İdman

Türkiyə bu qadından danışır: "Beşiktaş"a kuboku qazandırdı, "Fənər"i çempion edəcək? - VİDEO

Astroloq Meral Güvən Türkiyə futbolunun gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, buna səbəb onun ötən gün doğrulan proqnozu olub. O, aylar öncə "Beşiktaş"ın Türkiyə kubokunu qazanacağını bildirib. Ötən gün "ağ-qaralar" finalda "Trabzonspor"u məğlub edərək (3:2) kubokun qalibi olub.

Diqqətçəkən məqam isə Meral Güvənin digər proqnozudur. Xanım astroloq həmin müsahibəsində "Fənərbağça"nın cari, hətta növbəti mövsümdə də çempion olacağını deməsidir. "Beşiktaş"ın olduqca gərgin, qalmaqallı və uğursuz mövsümü titulla başa vurması Meralın proqnozuna olan marağı artırıb.

"Qalatasaray" son turda elitada qalmaq uğrunda mübarizə aparan "Konyaspor"a məğlub olarsa, "Fənərbağça" paralel keçiriləcək qarşılaşmada "İstanbulspor"u məğlub etməklə çempion ola bilər.

Qeyd edək ki, sözügedən görüşlər mayın 26-da baş tutacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm