Premyer Liqada VAR ən çox hansı komandaya qarşı səhv edib?
Bizi izləyin

İdman

Premyer Liqada VAR ən çox hansı komandaya qarşı səhv edib?

İngilərə Premyer Liqasının geridə qalan mövsümündə baş tutan matçlarda əsas insidentlərlə bağlı araşdırma aparan müstəqil komissiya 31 VAR səhvini qeydə alıb.

Publika.az xəbər verir ki, araşdırmaların nəticəsinə əsasən, ən çox zərər çəkən klubun “Liverpul” olduğu bildirilib. VAR hakimləri mersisaydlıların əleyhinə 4 səhv qərar verib. “Vulverhempton” və “Brayton”a qarşı 3 səhv olub.

Komandaların xeyrinə verilən səhv qərarlarda lider "Aston Villa" və "Şeffild Yunayted"dir. "Mançester Yunayted" və "Everton"un lehinə 2 yanlış VAR qərarı qeydə alınıb.

Qeyd edək ki, "Mançester Siti" 91 xalla Premyer Liqanın çempionu olub. Mövsümü "Arsenal" ikinci (89 xal), "Liverpul" isə üçüncü (82) sırada başa vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm