İtaliya nəhəngi “Borussiya”nın əfsanəsi ilə danışıqlara başladı
Bizi izləyin

İdman

İtaliya nəhəngi “Borussiya”nın əfsanəsi ilə danışıqlara başladı

“Roma” Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Mats Hummels ilə danışıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Daniele Lonqo məlumat yayıb.

Bir neçə gün əvvəl “Borussiya” Hummelsin klubdan ayrıldığını açıqlamışdı. 35 yaşlı alman veteranın özü də Avropada qalmaq istəyir və Səudiyyə Ərəbistanından gələn təklifləri qəbul etmək niyyətində deyil.

Hummels illik 3,6 milyon avro maaş tələb edir. Bu məbləğ “Roma” üçün məqbul hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm