Kopa Amerika başlayır - TAM TƏQVİM
Bizi izləyin

İdman

Kopa Amerika başlayır - TAM TƏQVİM

Bu gün ABŞ-da Kopa Amerika turnirinə start veriləcək.

Publika.az xəbər verir ki, Şimali və Cənubi Amerikadan ümumilikdə 16 iştirakçı qalib adı altında mübarizə aparacaq.

Bu gecə start götürəcək sayca 48-ci turnir iyulun 14-ə kimi davam edəcək. Maraqlıdır ki, cəmi 32 matçdan ibarət olacaq turnirin oyunları 14 şəhərdə baş tutacaq.

Kopa Amerikanın son qalibi Braziliya millisi olsa da, tuniri hamıdan çox iki komanda - Argentina və Uruqvay qazanıb - 15 dəfə. "Sambaçılar" isə bu göstəricidə üçüncüdür - 9 dəfə.

Qeyd edək ki, nüfuzlu yarış Azərbaycanda yayımlanmayacaq.

Kopa Amerika 2024

A qrupu: Argentina, Peru, Çili, Kanada

B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka

C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya

D qrupu: Braziliya, Kolumbiya , Paraqvay, Kosta Rika

TƏQVİM
Qrup mərhələsi, 1-ci tur
21 iyun
04:00 Argentina - Kanada

22 iyun
04:00 Peru - Çili

23 iyun
02:00 Ekvador - Venesuela
05:00 Meksika - Yamayka

24 iyun
02:00 ABŞ - Boliviya
05:00 Uruqvay - Panama

25 iyun
02:00 Kolumbiya - Paraqvay
05:00 Braziliya - Kosta Rika

Qrup mərhələsi, 2-ci tur
26 iyun
02:00 Peru - Kanada
05:00 Çili - Argentina

27 iyun
02:00 Ekvador - Yamayka
05:00 Venesuela - Meksika

28 iyun
02:00 Panama - ABŞ
05:00 Uruqvay - Boliviya

29 iyun
02:00 Kolumbiya - Kosta Rika
05:00 Paraqvay - Braziliya

Qrup mərhələsi, 3-cü tur
30 iyun
04:00 Kanada - Çili
04:00 Argentina - Peru

1 iyul
04:00 Yamayka - Venesuela
04:00 Meksika - Ekvador

2 iyul
05:00 Boliviya - Panama
05:00 ABŞ - Uruqvay

3 iyul
05:00 Kosta Rika - Paraqvay
05:00 Braziliya - Kolumbiya

1/4 final mərhələsi
5 iyul
05:00 1A - 2B DF1

6 iyul
05:00 1B - 2A DF2

7 iyul
02:00 1D - 2C DF4
05:00 1C - 2D DF3

1/2 final
10 iyul
04:00 DF1 - DF2

11 iyul
04:00 DF3 – DF4

3-cü yer uğrunda oyun
14 iyul, 04:00

Final
15 iyul, 04:00

Heybət

Qeyd: Materialdan istifadə edərkən istinad bildirməyiniz mütləqdir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm