“Red Bull” onu buna görə qovubmuş
Bizi izləyin

İdman

“Red Bull” onu buna görə qovubmuş

“Red Bull” RB komandasının kiçik pilotu Daniel Rikkardonu mövsümün qalan hissəsində Liam Lavson ilə əvəzlədiyini açıqladı. Rikkardo üçün bu, onun Formula 1 karyerasının sonu deməkdir.

Publika.az xəbər verir ki, “Red Bull”un sahiblərindən olan Helmut Marko bu qərarı şərh edib.

“Rikkardonun “Red Bull”dan ayrılmaq qərarı onun karyerasında dönüş nöqtəsi oldu. Onun “Renault” və “Maklaren”də çempionluq avtomobilləri yox idi. Mən dəqiq nə baş verdiyini bilmirəm, amma Daniel trasda öldürücü instinktini, sürətini və əyləci gec basmaq kimi xüsusi bacarıqlarını itirdi.

O, yerini qorumaq üçün komanda yoldaşı Yuki Tsunodadan daha yaxşı çıxış etməli idi. Bu isə baş vermədi” , – Marko deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm