Avropa nəhənginə "yox" dedi: İkinci dəfə
Bizi izləyin

İdman

Avropa nəhənginə "yox" dedi: İkinci dəfə

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro "Bayern"ə keçməyəcək.

Publika.az xəbər verir ki, bu barədə "Trivela" məlumat yayıb.

Qeyd olunur ki, futbolçunun özü də klubun dəyişiməyə və Münhenə köçməyə razı olsa da, Almaniya nəhənginin təklifinin maliyyə şərtləri onu qane etməyib.

Bavariya təmsilçisi ikinci dəfədir ki, braziliyalı yarımmüdafiəçinin transferində uğursuzluq yaşayır. Tərəflər arasında ilk təmas 2022/23 mövsümünün sonunda baş verib. O zaman da anlaşmaq mümkün olmayıb.

Qedy edək ki, Kazemironun imtinasından sonra “Bayern” diqqətini “Fulhem”in yarımmüdafiəçisi Palinyanın transferinə yönəldib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm