Fransa millisinin düşərgəsində növbəti hadisə: Deşam ondan narazıdır
Bizi izləyin

İdman

Fransa millisinin düşərgəsində növbəti hadisə: Deşam ondan narazıdır

Fransa millisinin baş məşqçisi Didye Deşam AVRO-2024-də hücumçu Olivye Jirunun çıxışından narazıdır.

Publika.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Mənbənin məlumatına görə, fransalı baş məşqçi ətrafına hücumçunun komandanı gücləndirə biləcəyinə inanmadığını deyib. Eyni zamanda, Jiru özü də komanda üçün problemə çevrilmək istəmir və oyununu yaxşılaşdırmağa çalışır. Son vaxtlar o, hazırlığını artırmaq üçün fiziki məşqlərini artırıb.

Jiru üç Avro-2024 matçında iştirak edib. Lakin hər dəfə ikinci hissədə əvəzedici kimi meydana çıxıb. Heç bir oyunda məhsuldar olmayıb.

37 yaşlı forvard bir müddət əvvəl Avropa çempionatından sonra milli karyerasını başa vuracağını açıqlayıb.

Bu, Fransa millisinin düşərgəsindəki ilk qalmaqal deyil. Turnir zamanı baş məşqçi və futbolçular arasında bir neçə dəfə gərginlik və ya narazılıq yaşanıb.

Qeyd edək ki, Fransa 1/8 finalda Belçika ilə qarşılaşacaq. Qarşılaşma iyulun 1-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm