Yeni kabinet toplanır: milyonların gözü veriləcək qərarlardadır
Bizi izləyin

Sosial

Yeni kabinet toplanır: milyonların gözü veriləcək qərarlardadır

Türkiyənin Səhiyyə və Ətraf Mühit Nazirliklərindəki dəyişiklikdən sonra Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə kabinetin iclası keçiriləcək.

Publika.az xəbər verir ki, iclasın əsas gündəmi pensiyaların artırılması və yeni vergi paketidir.

Xəzinə və Maliyyə Naziri Mehmet Şimşekin mövzu ilə bağlı təqdimat etməsi gözlənilir. Bundan əlavə, dövlət qənaətləri və inflyasiya, qiymət artımı ilə mübarizə üçün atılan addımlar da müzakirə olunacaq.

Ərdoğanın diplomatik təmasları da Nazirlər Kabinetinin gündəmində olacaq. Ərdoğan sabah Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Sammitində və şənbə günü Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm