Çin NATO-nu ittiham etdi: Daxili işlərə qarışır
Bizi izləyin

Dünya

Çin NATO-nu ittiham etdi: Daxili işlərə qarışır

Şimali Atlantika Alyansı Çinin suveren işlərinə qarışır, onun daxili və xarici siyasətini təhrif edir, dövlətin təhlükəsizliyini təhdid edir.

Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinqdə bildirib.

“Mən NATO-nun dəyərlərinin nə olduğunu bilmirəm, əgər onlar ziddiyyətlər, qarşıdurma yaratmaq və gərginliyi artırmaq üçün istifadə edəcəklərsə, o zaman Çin bununla razılaşa bilməz”, - diplomat vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, reallıqda Şimali Atlantika Alyansı Çinin daxili işlərinə qarışaraq onun təhlükəsizliyini daim təhdid edir. Onun sözlərinə görə, NATO Çin siyasətini pisləyir.

Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq blokun Çini rəqib hesab etmədiyini, lakin Pekinin alyansın dəyərlərinə, maraqlarına və təhlükəsizliyinə meydan oxuduğunu bildirirb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm