Ronaldo növbəti Avropa çempionatında iştirak edəcək?
Bizi izləyin

İdman

Ronaldo növbəti Avropa çempionatında iştirak edəcək?

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo gələcək karyerası haqda danışıb.

Publika.az xəbər veirr ki, o, Almaniyadakı turnirin onun üçün sonuncu Avropa çempionatı olduğunu deyib:

“Bu, əlbəttə ki, mənim son Avropa çempionatım olacaq. Amma bu məni narahat etmir, məni həvəsləndirən səbəbdir. Azarkeşlərə görə məyusam. Darıxsam da, olmasam da, bu forma üçün hər zaman hər şeyimi verəcəm. Mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik”, – jurnalist Fabrizio Romano Ronaldonun sözlərini sitat gətirib.

Qeyd edək ki, Portuqaliya 1/8 finalda Sloveniyaya qalib gəlib - 0:0, pen-3:0. Prineylilər 1/4 finalda Fransa ilə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm