Messi zədəsindən danışdı: Qorxu həmişə var
Bizi izləyin

İdman

Messi zədəsindən danışdı: Qorxu həmişə var

Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kuboku zamanı onu narahat edən zədəsindən danışıb.

Publika.az xəbər verir ki, o, təhlükənin həmişə olduğunu bildirib.

“Bir həftə ərzində narahatlıq və ağrıdan qurtulmağa çalışdım. Yavaş-yavaş məşq etdim və son seanslarımda özümü daha yaxşı hiss etdim. Əlbəttə ki, belə vəziyyətlərdə zədəni ağırlaşdıran psixoloji qorxu həmişə var. Lakin artıq əzələ narahatlığı yox idi. Skaloni oynamağa hazır olub-olmadığımı soruşdu. Mən ağrım olmadığını qeyd etdim”, - deyə Messi əlavə edib.

Çili ilə oyunda sağ bud nahiyəsindən zədə alan 37 yaşlı argentinalı qrup mərhələsinin son oyununda Peru ilə matçda iştirak etməyib.

Qeyd edək ki, Amerika Kubokunun 1/4 finalında Ekvadorla matçda (1:1, pen-4:2) Messi meydanda 90 dəqiqə keçirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm