"Qalatasaray"ın futbolçusu İtaliya klubunda
Bizi izləyin

İdman

"Qalatasaray"ın futbolçusu İtaliya klubunda

"Qalatasaray"ın yarımmüdafiəçisi Nikolo Zaniolo icarə əsasında "Atalanta"ya keçib.

Publika.az xəbər verir ki, 25 yaşlı italyan futbolçu 2025-ci il iyunun 30-na kimi bu klubda çıxış edəcək. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə satınalma bəndi məcburi olacaq.

Türkiyə klubu “Atalanta”nın Zaniolonun icarəsinə görə 6,4 milyon avro ödəyəcəyini, alış məbləğinin isə 15,5 milyon avro olduğunu açıqlayıb. Bir bonus bəndi də var ki, onun məbləği 2 milyon avroya yaxındır.

Ötən mövsüm Zaniolo "Aston Villa"da icarə əsasında çıxış edib. Yarımmüdafiəçi İngiltərə klubunun heyətində 39 matçda meydana çıxıb və 3 qol vurub.

Qeyd edək ki, Zaniolo İtaliyada "Roma" və "İnter"də də çıxış edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm