“Zirə” “Şerif”ə qalib gəldi - YENİLƏNDİ
Bizi izləyin

İdman

“Zirə” “Şerif”ə qalib gəldi - YENİLƏNDİ

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Moldovada "Şerif"lə üz-üzə gəlib.

Publika.az xəbər verir ki, Tiraspol şəhərindəki "Şerif Arena"da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra "Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

xxx

21:00

UEFA Avropa Liqasının I turunun ilk görüşü çərçivəsində "Şerif" (Moldova) - "Zirə" matçı start götürüb.

Publika.az xəbər verir ki, qarşılaşma Tiraspol şəhərindəki "Şerif Arena"da keçirilir.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.

xxx

Bu gün “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi “qartallar” Moldova təmsilçisi “Şerif” ilə üz-üzə gələcəklər. Oyunu isveçrəli referi Alessandro Dudiç idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

Qeyd edək ki, “Zirə” “Şerif”i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. Əks halda təmsilçimiz çıxışını UEFA Konfrans Liqasında davam edirəcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi
21:00 Şerif – Zirə
Baş hakim: Alessandro Dudiç, Paskal Hirzel, Susann Küng, Anojen Kanaqasinqam (İsveçrə)
“Şerif” stadionu.

“Şerif”: 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade

Baş məşqçi: Yurii Hura

“Zirə”: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 70. İssa Cibrilla, 90. Davit Volkov

Baş məşqçi: Rəşad Sadıqov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm