İdman
İngilislərin Qvardiola planı: Onu milliyə gətirəcəklər?
İngiltərə Futbol Assosiasiyası (FA) Qaret Sautqeytin istefaya göndərilməsindən sonra Pep Qvardiolanın milli komandanın yeni baş məşqçisi təyin edilməsi variantını nəzərdən keçirəcək.
Publika.az xəbər verir ki, bu barədə "The İndependent" məlumat yayıb.
Mənbənin sözlərinə görə, FA 2024/25 mövsümünün sonunda "Mançester Siti"ni tərk etmək şərti ilə 53 yaşlı mütəxəssisi 1 il gözləməyə hazırdır. Belə olan halda Qvardiola gələnə qədər İngiltərə yığmasına müvəqqəti olaraq başqa məşqçi rəhbərlik edəcək. Namizədlərdən biri də ölkənin gənclərdən ibarət milli komandasını idarə edən Li Karslidir.
Qvardiola 2016-cı ildən İngiltərədə çalışır. Kataloniyalı mütəxəssis bu müddət ərzində 17 kubok qazandığı “Mançester Siti”ni çalışdırır.
Heybət
-
İdman16:05Messinin həyat yoldaşı açıq-saçıq geyimdə FOTOSUNU paylaşdı
-
İdman15:46"Qarabağ" "Çelsi"yə qalib gəlsə: Görün futbolçular nə qədər mükafat alacaq
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?

































