“Barselona”nın ulduzu İsrailə niyə gedib?
Bizi izləyin

İdman

“Barselona”nın ulduzu İsrailə niyə gedib?

“Barselona”nın müdafiəçkisi Ronald Arauxo son vaxtlar yaşadığı sarsıdıcı hadisədən sonra emosional vəziyyətini bərpa etmək üçün klubun icazəsi ilə İsrailə etdiyi qısa şəxsi səfərdən sonra komandanın düşərgəsinə qayıdıb.

Publika.az xəbər verir ki, ərin dini inanclara sahib olan uruqvaylı müdafiəçi sakitlik və daxili aydınlıq tapmaq məqsədilə Təl-Əvivə yollanaraq mənəvi və mədəni məkanları ziyarət edib.

Baş məşqçi Hansi Flik və klub rəhbərliyi Arauxonun məzuniyyətini dərhal təsdiqləyib. Flik mətbuat konfransında məsələni şəxsi adlandıraraq klubun futbolçunun rifahına önəm verdiyini vurğulayıb.

Arauxonun agentləri ötən həftə idman direktoru Deko ilə görüşərək oyunçunun psixoloji baxımdan bərpa üçün zamana ehtiyacı olduğunu bildiriblər. “Barselona” isə vəziyyətə anlayışla yanaşıb, peşəkarlığına güvəndiyini ifadə edərək futbolçuya vəzifələrinə qayıtmazdan əvvəl ehtiyac duyduğu qədər vaxt verib.

Bununla belə, Arauxonun yaxın vaxtlarda məşqlərə qayıtması gözlənilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm