İdman
"İnter Mayami" Messi ilə bağlı açıqlama yaydı: Nə vaxt oynaya biləcək?
"İnter Mayami" hücumçusu Lionel Messi barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, Florida təmsilçisinin mətbuat xidməti Amerika Kubokunda Kolumbiya ilə final oyunu zamanı (1:0) zədələnən superulduzun durumunu açıqlayıb.
“Tibbi müayinədən sonra Leonun sağ topuğunun bağlarının zədələndiyi müəyyən edilib. Kapitanın matçlarda iştirak etmək qabiliyyəti dövri müayinələrdən və sağalma prosesinin gedişindən sonra müəyyən olunacaq”, - deyə qeyd olunub.
37 yaşlı forvardın zədə səbəbindən iyulun 24-də MLS-in Ulduzlar Oyununu, eləcə də Liqa Kubokunda Meksika təmsilçisi "Puebla" ilə görüşü (27 iyul) buraxacağı bildirilir. Bundan əvvəl "İnter Mayami" MLS-in müntəzəm mövsümündə daha iki oyun keçirəcək. Komanda "Toronto" (18 iyul) və "Çikaqo Fayr" (21 iyul) ilə qarşılaşacaq.
Heybət
-
Magazin212:07Müğənni Dubaydan elə foto paylaşdı ki...
-
Hadisə11:37Ramil Səfərovun xanımına vəzifə verildi
-
Maraq dünyası10:56İkona döyüşdə əsgərin həyatını necə xilas etdi?
-
Ekologiya09:32Bakıda sulu qar yağır
-
MDB09:21Əhalinin Yeni il süfrəsi üçün nə qədər pul xərcləyəcəyi açıqlandı
-
Dizayn07:30"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
-
Magazin206:16"Sahtekarlar"da yeni sima - FOTO
-
Magazin102:42"Ən yaxşı cütlüy"ün NADİR FOTOLARI

































