İdman
ABŞ-ın bu şəhərinin açarları “Real”a verildi
Şarlotta (Şimali Karolina, ABŞ) Şəhər Şurası “Real”a şəhərin açarını təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Tədbir Şarlotta-Meklenburq Hökumət Mərkəzində baş tutub. Mərasimdə "Real Madrid"in beynəlxalq institusional əlaqələr üzrə direktoru Emilio Butrageno, peşəkar futbol direktoru Santiaqo Solari və klubun keçmiş müdafiəçisi, braziliyalı Roberto Karlos iştirak edib.
Qonaqları mer vəzifəsini icra edən Dante Anderson qəbul edib.
Xatırladaq ki, “Real Madrid” avqustun 7-də Şarlottada “Çelsi” ilə yoldaşlıq oyunu keçirəcək. Bu qarşılaşma İspaniya klubu üçün yeni mövsüm ərəfəsində dördüncü olacaq. Madrid daha əvvəl iki yoldaşlıq oyununda “Milan” və “Barselona”ya uduzub, “Albasete” ilə oyunda qalib gəlib.
Madrid klubu yeni mövsümün ilk rəsmi matçını avqustun 14-də “Atalanta”ya qarşı keçirəcək. Bu, Avropa Superkuboku uğrunda oyun olacaq.
-
Kriminal20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ
-
MDB14:45Rusiyada səfərbərliyə hazırlıq testi keçirilir - Nə baş verir?
-
Rəsmi xronika13:38İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşıldı
-
Region13:01Paşinyandan Aİ ilə bağlı gözlənilməz qərar: Ermənistan üzvlük üçün müraciətə başlayır






















.jpg)
.jpg)













