İdman
Georgi Dermenciyev: "Hər şey Bolqarıstanda həll olunacaq"
“Hər şey Bolqarıstanda həll olunacaq”.
Publika.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludaqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Qarabağ”ı (2:1) məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, hər iki topu “Qarabağ”ın boşluq yaratdığı zonalardan vurulduğunu bildirib: “Rəqib hücumda daha çox olurdu. Buna görə də boşluqlar yaratdılar. Futbolçularım da bundan yaxşı istifadə etməyi bacardılar”.
Mütəxəssis cavab matçında iki futbolçularının olmamasının komandaya mənfi təsir edəcəyini söyləyib: “Təəssüf ki, iki oyunçumuzu itirdik. Amma biz ruhdan düşmürük. Onları əvəzləyəcək futbolçular var”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq
-
Hadisə21:00Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə baş verdi
-
Magazin120:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?
-
Sosial16:49Qubada Vətən Müharibəsi abidəsi baxımsız vəziyyətdədir - İcra hakimiyyəti isə deyir ki... - Fotolar
-
Cənubi Qafqaz16:16Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
-
Sosial15:03Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi
-
Rəsmi xronika14:36Prezident bu quruma yeni səlahiyyət verdi
-
Rəsmi xronika13:55İlham Əliyev fərman imzaladı






.jpg)






























