İdman
“Neftçi” qambiyalı hücumçunu transfer etdi
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan Publika.az-a verilən məlumata görə, “ağ-qaralar” Dembo Darbonu transfer edib. Qambiyalı hücumçu iki illik müqavilə ilə Bakı təmsilçisində 22 nömrəli formanı geyinəcək.
Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan D.Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.
-
ABŞ19:10Tramp İrana qarşı blokadanın qüvvəyə mindiyini elan etdi - Yaxınlaşsalar, dərhal məhv edəcəyik!
-
Ekologiya18:50Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq
-
Hadisə18:10Böyük Mərdəkan qəsri çökdü - Foto
-
Sosial17:29Xalq artisti vəfat etdi
-
Dünya17:27Hörmüz böhranında yeni mərhələ: Neftin qiyməti 150 dollara çatacaq
-
Sosial16:38Mehman Nəsibov yüksək vəzifəyə təyin edildi - FOTO
-
Sosial15:03Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi - FOTO
-
İdman14:24FIFA azarkeşləri aldadıb? - DÇ-2026-da bilet qalmaqalı















.jpg)




















