Almaniya futbolunda qalmaqal: 17 oyunun nəticəsi əvvəlcədən danışılıb?
Bizi izləyin

İdman

Almaniya futbolunda qalmaqal: 17 oyunun nəticəsi əvvəlcədən danışılıb?

Almaniya Futbol Federasiyası (DFB) aşağı divizionlarda keçirilən bəzilərini oyunların şübhə altına alıb.

Publika.az xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” məlumat yayıb.

Bildirilir ki, son 2 ildə 2 regional liqada mərc saxtakarlığı məqsədilə matçların nəticələrinə təsir göstərilə bilər. Təhqiqat aparılan matçlarda bəzi nəzərəçarpacaq hakim səhvləri, qapıçılar və müdafiəçilər tərəfindən ciddi səhvlər olduğu bildirilir.

Nəşr onu da iddia edir ki, 17 matçın gözlənilən nəticələri barədə məlumat əldə edilib. Dəqiq hansı matçların şübhə altında olduğu istintaq davam etdiyi üçün ictimaiyyətə açıqlanmır.

“Hamburger Morgenpost”a görə, DFB-nin idman mərc oyunlarının monitorinqinə cavabdeh olan tərəfdaşı indiyədək yoxlamalarda heç bir anomaliya aşkar etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm