"Mançester Yunayted"in sabiq üzvü həbs oluna bilər: Nəyə görə?
Bizi izləyin

İdman

"Mançester Yunayted"in sabiq üzvü həbs oluna bilər: Nəyə görə?

"Mançester Yunayted"in keçmiş oyunçusu Anderson Braziliya həbsxanasına düşə bilər.

Publika.az xəbər verir ki, bu barədə GZH məlumat yayıb.

Qeyd olunur ki, futbolçu aliment borcunu ödəməsə, 30 sutka həbs oluna bilər.

Bu, Andersonun qanunla ilk problemi deyil. 2021-ci ildə futbolçu karyerasını bitirdikdən 1 il sonra o, kriptovalyuta vasitəsilə 4,7 milyon funt-sterlinq pul yuyulmas;nda günahlandırıldı. Braziliya millisinin sabiq üzvü dövlət birjasından pul oğurlamaq sxemində iştirakı iddiası ilə dövlət ittihamçıları tərəfindən istintaq edilən səkkiz nəfərdən biridir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm