İdman
Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi - FOTO
Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 metr) zirvəsini fəth edib.
Gənclər və İdman Nazirliyindən Publika.az-a verilən məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.
Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.
Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000 metrdən yüksək) sayı 9-a çatıb.
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Magazin211:40Kardaşyan bu dəfə dekoltesi ilə gündəm oldu - FOTO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı



































