İdman
"Mançester Siti" "Arsenal"ı məğlub etdi
"Mançester Siti" İngiltərə Premyer Liqasının XXXIII turunun ev oyununda "Arsenal"ı məğlub edib.
Publika.az xəbər verir ki, Mançesterdəki "Etihad" stadionunda keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.
Rayan Çerki 16-cı dəqiqədə hesabı açaraq, ev sahiblərinə üstünlük qazandırıb. İki dəqiqə sonra "Arsenal"ın heyətində Kay Havertz hesabı bərabərləşdirib. Erlinq Holann 65-ci dəqiqədə vurduğu qolla qələbəni təmin edib.
"Mançester Siti" 32 oyundan sonra 67 xalla turnir cədvəlində ikinci yerdədir. Bu, "Arsenal"ın ardıcıl ikinci məğlubiyyəti olub. Uğursuzluğa baxmayaraq, London klubu 33 oyundan sonra 70 xalla liqanın lideri olaraq qalır.
"Mançester Siti" çempionatı çərçivəsində növbəti matçı aprelin 22-də səfərdə "Börnli"yə qarşı keçirəcək, "Arsenal" isə aprelin 25-də öz meydanında "Nyukasl"ı qəbul edəcək.
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region19 Aprel 21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi
-
Sosial19 Aprel 19:48Miri Yusif qızı ilə - VİDEO
-
Sosial19 Aprel 19:12Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı - FOTO



































