Yaxın Şərq
"Münaqişə istənilən an şiddətlənə biləra"
İsrail və ABŞ-ın İranla qarşıdurması hələ başa çatmayıb və bu istiqamətdə hər an yeni hadisələr baş verə bilər.
Publika.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Argentinanın dövlət başçısı Xavyer Miley ilə birgə çıxışı zamanı bəyan edib.
İsrail hökumətinin rəhbəri hazırkı dövrü ciddi çağırışlar və nəticələr zamanı adlandırıb. O, İsrailin çox şeyə nail olduğunu, lakin bunun hələ son olmadığını vurğulayıb. Netanyahu mənəvi dözümlülük və Birləşmiş Ştatlarla tərəfdaşlıq sayəsində İsrailin öz məqsədlərinə çatacağına əminliyini ifadə edib.
Netanyahu etiraf edim ki, ki, İranla münaqişə istənilən an şiddətlənə bilər.
Baş nazir həmçinin simvolik bir qanunauyğunluğa da diqqət çəkib: Mileynin İsrailə etdiyi üç səfərin hər biri rezonans doğuran hadisələr ərəfəsində baş tutub. Netanyahu növbəti günün nə gətirəcəyini bilmədiyini desə də, dünyanın azad xalqlarına daha çox işıq və ümid bəxş edəcəyinə söz verib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ və İsrail İrana qarşı birgə əməliyyata başlamışdılar. Tərəflər iki həftəlik atəşkəs elan edərək İslamabadda danışıqlar aparsalar da, uzunmüddətli tənzimləmə barədə razılığa gəlmək mümkün olmamışdı.
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma

















.jpg)



















