İlyarımdır futbol oynamayan ulduzu transfer edirlər
Bizi izləyin

İdman

İlyarımdır futbol oynamayan ulduzu transfer edirlər

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Il Secolo XIX”məlumat yayıb.

“Cenoa” Antonio Kandreva ilə danışıqları dayandırıb. 28 yaşlı ingilislə müqavilə imzalamaq imkanlarını araşdırır.

Alli 2023-cü ilin fevralında “Beşiktaş”da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan meydanda görünmür. Bu yay onun “Everton”la müqaviləsi başa çatıb və o, azad agent olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm