96 yaşlı qadın avtomobillə 2 nəfəri vurdu - Məhkəmə nə cəza verdi?
Bizi izləyin

Avropa

96 yaşlı qadın avtomobillə 2 nəfəri vurdu - Məhkəmə nə cəza verdi?

Birləşmiş Krallıqda 96 yaşlı Cune Mills avtomobili ilə səkiyə çıxaraq iki nəfəri vurub. O, Brenda Coys adlı 76 yaşlı qadının ölümünə və 80 yaşlı Cennifer Ensorun yaralanmasına səbəb olub.

Publika.az xəbər verir ki, Cune Mills Liverpul məhkəməsində təhlükəli sürücülükdən irəli gələn ittihamla razılaşıb. Məhkəmə yaşlı qadının avtomobil idarəetmə qabiliyyətinin və sağlamlığının məhdud olduğunu nəzərə alaraq onu 18 aylıq şərti həbs cəzasına məhkum edib.

Cune Mills Birləşmiş Krallıqda təhlükəli sürücülüyə görə məhkum edilən ən yaşlı şəxs sayılır. Hadisə Britaniyada yaşlı sürücülərin təhlükəsizliyi və onların sürücülük hüquqları ilə bağlı müzakirələrə səbəb olub.

Ağır qəza törədən 96 yaşlı qadın məhkəmə tərəfindən 1500 funt sterlinq məbləğində cərimə və 500 funt sterlinqlik məhkəmə xərclərini ödəməyə məhkum edilib. O, həmçinin beş il müddətinə sürücülük hüququndan məhrum olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm