Məhkəmə qərar verdi: Maradonanın qəbri köçürüləcək
Bizi izləyin

İdman

Məhkəmə qərar verdi: Maradonanın qəbri köçürüləcək

Argentinanın San-İsidro şəhərinin məhkəməsi əfsanəvi Dieqo Maradonanın övladlarının futbolçunun cəsədinin məqbərəyə köçürülməsi xahişini qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə "Clarin" məlumat yayıb.

Qeyd olunur ki, dünya futbol əfsanəsinin cənazəsi özəl (qapalı) Bella Vista qəbiristanlığından Buenos-Ayresin mərkəzində tikilən məqbərəyə köçürüləcək.

Məqbərənin tikintisi futbolçuya həsr olunmuş “Memorial 10” layihəsinin bir hissəsidir. Layihəyə əsasən, məqbərə ziyarətçilərin üzünə açıq olacaq.

“Bura indiki ilə müqayisədə daha təhlükəsizdir. Argentina xalqı və dünya vətəndaşları öz kumirlərini görə biləcəklər", - deyə Dieqonun övladları bildiriblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm