İdman
Məhkəmə futbolçunun qatilini 35 il sonra cəzalandırdı: Görün kim imiş
Kosenza məhkəməsi şəhərin eyniadlı klubun keçmiş yarımmüdafiəçisi Denis Berqamininin təxminən 35 il əvvəl qətlində iştirak etməkdə təqsirli bilinən İzabella İnternonu cəzalandırıb.
Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
İnterno ilə görüşən futbolçu 1985-ci ildən "Kozenza"da çıxış edirdi. Onun 1989-cu ildə 27 yaşında Roseto Capo Spulico kommunası yaxınlığında yolda yük maşınının altına düşdüyü iddia edilirdi. Daha sonra polis İzabellanın ifadəsinə əsaslanaraq idmançının intihar etdiyi qənaətinə gəlib.
2017-ci ildə ailəsinin, dostlarının və keçmiş komanda yoldaşlarının tələbi ilə Berqaminin cəsədi ekspertiza üçün çıxarılıb və nəticədə futbolçunun şərflə boğularaq öldürüldüyü, daha sonra cəsədinin yük maşınının altına atıldığı məlum olub. 2021-ci ildə məhkəmə İnterno haqqında araşdırma başlayıb. Məlum olub ki, qız hamilə qalıb və abort etdirib. Futbolçu onunla evlənməkdən imtina edib və onu tərk edib ki, bu da qətlə səbəb ola bilər.
Oktyabrın 1-də 55 yaşlı İnterno naməlum şəxslərlə əlbir olaraq qəsdən adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. İttiham tərəfi 23 il həbs istəyib, lakin məhkəmə yüngülləşdirici halların ağırlaşdırıcı hallardan üstün olduğunu müəyyən edib.
Heybət
-
Dünya13:43
Fransa savaş gəmisini bölgəyə göndərir - Şok Türkiyə həmləsi
-
Yaxın Şərq12:56
İranın atdığı raketlərdən biri də bu ölkəyə düşüb: Yaralılar var
-
ABŞ12:25
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
-
Nida Xəbər 11:46
Yeni sədr onların da qohumlarını işdən çıxardı
-
Hadisə11:10
10-cu sinif şagirdi sinif yoldaşını bıçaqladı
-
Nida Xəbər 10:24
Stanonun Ermənistan mətbuatına 4-cü uğursuz müsahibəsi - Nələri təhrif edib?
-
Yaxın Şərq10:21
Makrondan İsrailə dəstək: Fransa qoşunlarını İrana qarşı səfərbər etdi
-
Yaxın Şərq09:34
İsrail qırıcılarını İrana göndərir: bu hədəflər vurulacaq