"Qarabağ" "Malmö"yə qarşı
Bizi izləyin

İdman

"Qarabağ" "Malmö"yə qarşı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti görüşünü keçirəcək.

Publika.az xəbər verir ki, təmsilçimiz Əsas mərhələsnin 2-ci turunda İsveçin “Malmö” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Azərbaycan çempionu səfərdə “Tottenhem”ə 0:3 hesabıyla uduzub. “Malmö” isə doğma meydanda “Reyncers”lə bacarmayıb – 0:2.

Avropa Liqası: Əsas mərhələ, 2-ci tur
3 oktyabr

20:45. Qarabağ – Malmö
Baş hakim: Anastasios Papapetru (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika stadionu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm