Ronaldo qərarını açıqladı: Karyerasını bu klubda bitirəcək
Bizi izləyin

İdman

Ronaldo qərarını açıqladı: Karyerasını bu klubda bitirəcək

“Əl-Nəsr”in 39 yaşlı portuqaliyalı hücumçu Kristiano Ronaldo futbolçu karyerasını harada bitirməyi planlaşdırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, Ronaldo bu barədə BBC müxbirlərinə bildirib.

“Yaxın zamanda – iki və ya üç ildən sonra təqaüdə çıxacağımı bilmirəm, amma çox güman ki, burada, “Əl Nəsr”də karyeramı bitirəcəm. İndi mənim üçün ən vacib şey oyundan həzz almaq və “Əl-Nəsr”ə qalib gəlməyə kömək etməkdir”, – deyə Ronaldo bildirib.

Ronaldo Səudiyyə Ərəbistanı klubuna 2023-cü ildə keçib. Bu müddət ərzində futbolçu 42 oyuna çıxıb və 43 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm