Messi: Onlar olmasaydı, bu titulların heç birini qazana bilməzdim
Bizi izləyin

İdman

Messi: Onlar olmasaydı, bu titulların heç birini qazana bilməzdim

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi ona tarixin ən titullu futbolçusuna görə verilən mükafatı haqda fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında bu sözləri yazıb:

“Mükafat üçün təşəkkür edirəm. Həm meydanda, həm də meydandan kənarda hər an məni müşayiət edən bütün insanlara böyük təşəkkürümü bildirirəm.

Həmişə dediyim kimi, məni dəstəkləyənlər və komanda yoldaşlarım, həm milli, həm də oynadığım klublar olmasaydı, qazandığım titulların heç biri olmazdı”.

37 yaşlı superulduz bu mükafatı futbol tarixində ən çox kubok qazanan futbolçu kimi alıb. Messi "Barselona", ​​PSJ, "İnter Mayami" və Argentina yığması ilə 46 titul qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm