Fırıldaqçılar "Barselona"nı görün necə aldadıblar
Bizi izləyin

İdman

Fırıldaqçılar "Barselona"nı görün necə aldadıblar

“Barselona” özünü hücumçu Robert Levandovskinin agenti kimi təqdim edən fırıldaqçının qurbanı olub.

Publika.az xəbər verir ki, klub həmin şəxsə 1 milyon avro məbləğində komissiya pulu köçürüb. Bu barədə "Cadena SER" məlumat yayıb.

Bildirilir ki, əməliyyat bank tərəfindən şübhəli bilinərək bloklanıb. Sonradan "Barsa"nın müraciəti əsasında köçürülən vəsait klubun hesabına geri qaytarılıb. Hadisə 2022-ci ilin yayında polşalı hücumçunun transferi zamanı baş verib.

Leva "Bayern"dən "Barselona"ya keçib. Komandanın heyətində Levandovski bütün turnirlərdə 106 oyun keçirib. Onun aktivində 71 qol və 19 məhsuldar ötürmə var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm