Məşhur futbolçu müqaviləsindəki bəndlərdən birini "tələ" adlandırdı - Ləğvini istəyir
Bizi izləyin

İdman

Məşhur futbolçu müqaviləsindəki bəndlərdən birini "tələ" adlandırdı - Ləğvini istəyir

“Yuventus”un braziliyalı müdafiəçisi Danilo müqaviləsindəki bir bəndlə bağlı Turin komandası ilə danışıqlar aparır.

Publika.az insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, braziliyalı müqaviləsindən məcburi davamlı əməkdaşlığa dair bəndi çıxarmaq istəyir. Qeyd olunur ki, hazırkı müqaviləyə görə, braziliyalı mövsüm ərzində matçların 50%-ni keçirəcəyi təqdirdə müqaviləsi avtomatik uzadılacaq. Futbolçu bunu özü üçün “tələ” hesab edir

Eyni zamanda bildirilir ki, Danilo Turin komandasının rəhbərliyi ilə gələcəyini müzakirə edir, lakin tərəflər bu məsələləri ilkin razılaşmanın detallarından ayrı müzakirə edirlər.

Qeyd edək ki, Danilonun Turin klubu ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm