Qeyri-neft-qaz sektorunun ÜDM-də payı kəskin artacaq
Bizi izləyin

Ekopublika.az

Qeyri-neft-qaz sektorunun ÜDM-də payı kəskin artacaq

2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 77,8 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,2 faizə bərabər olacağı proqnozlaşdırılır.

Publika.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ortamüddətli dövrdə neft-qaz sektorunda gözlənilən geriləmə hasilat göstəricilərinin azalması ilə bağlıdır.

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, cari ildə neft hasilatının azalacağına baxmayaraq qaz hasilatında əsas xüsusi çəkiyə malik “Şahdəniz” yatağında hasilatın artması sektorun inkişafına artırıcı təsir edəcək.

2026-2028-ci illərdə neft və əmtəəlik qaz hasilatı (2027-ci il istisna olmaqla) üzrə azalmanın davam etməsi nəzərə alınaraq neft-qaz sektorunda azalma proqnozlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm