İdman
Premyer Liqa: Bu gün iki görüş baş tutacaq
Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.
Publika.az xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.
"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.
Azərbaycan Premyer Liqası
II dövrə, X tur
19 oktyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu.
18:00. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”.
Qeyd edək ki, turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.
-
Sosial11:34
Axar.az xəbər saytı 11 yaşını qeyd edir
-
Sosial10:44
“Nizami” stansiyasına giriş bağlandı - VİDEO
-
Qoroskop10:24
Ən sağlam 3 bürc - Xəstəlik onlardan qorxur
-
Nəqliyyat09:55
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
-
Sosial09:48
Tağı Əhmədovun dəfn vaxtı və yeri bilindi
-
Hadisə07:55
Partlayışda ölən Könülün FOTOSU
-
Pul07:35
Manatın məzənnəsi ilə bağlı VACİB AÇIQLAMA - 2028-ci ilə kimi...
-
İdman04:50
Bu klubun prezidenti Balotellini gözləyir: "Gecələr yata bilmirəm"